Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Tur-aksiyanın iştirakçıları Astarada

17 mart 2019 | 16:00

 

“Ölkəmizi tanıyaq” tur-aksiyanın iştirakçısı olan Quba, Xaçmaz, Qusar, Yevlax, Ucar, Ağdaş, Ağsu və Qobustan rayonlarının məktəblilərinin cənub bölgəsi ilə tanışlığı davam edir.

Humanitar aksiyanın iştirakçılarını Astarada rayon icra hakimiyyətinin məsul işçiləri, müəllimlər, gənclər və ictimaiyyətin nümayəndələri qarşılayıblar.

Məktəblilər Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətini, böyük rəhbərin Astara rayonuna səfərlərini əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.

Sonra tur-aksiyanın iştirakçıları Astara şəhərində, Xəzər dənizi sahilində salınmış park-bulvar kompleksinə gələrək burada keçirilən Novruz şənliyinə qatılıblar.

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev tur-aksiya iştirakçıları ilə görüşmüş, onları qarşıdan hələn Novruz bayramı münasibətilə təbrik edərək xoş arzularını çatdırmışdır.

Şagirdlər bayram tədbirində nümayiş etdirilən milli-adət ənənələrimizi əks etdirən guşələrlə, milli mətbəxin nümunələri, müxtəlif sərgilərlə tanış olmuş, idmançıların çıxışlarını izləmişlər. Onlar bayram tonqalı ətrafında dövrə vuraraq rəqs ediblər.

Astaranın qədim tarixi, mədəniyyəti, adət-ənənələri, turizm potensialı, əhalinin məşğulluğu və sosial-iqtisadi inkişafı barədə məktəblilərə məlumat verilmişdir.

Qeyd olunmuşdur ki, Astara zəngin təbiətə və qədim tarixə malik, nadir el sənətkarlığının, qədim adət-ənənələrin və folklorun qorunduğu qədim yaşayış məntəqəsidir.

Park-bulvar kompleksi ilə tanışlıqdan sonra tur-aksiyanın iştirakçıları “Astaraçay” MMC-nin çay fabrikində çay emalı prosesini izləmiş, burada yaradılmış “Çay muzeyi”ndə nümayiş etdirilən eksponatlarla tanış olmuşlar.

 

Keçidlər