Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Ərçivan qəsəbəsində səyyar qəbul və görüş keçirilmişdir

14 mart 2019 | 16:00

Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev mütəmadi olaraq rayonun şəhər, qəsəbə və kəndlərində əhali ilə görüşür, problemləri və onları narahat edən məsələlərlə yaxından tanış olur, həlli üçün tapşırıqlar verərək icrasını nəzarətə götürür.

Ərçivan qəsəbə sakinləri ilə keçirdiyi səyyar qəbul və görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər. İcra başçısı bildirmişdir ki, ərazilərdə əhali ilə səyyar qəbulların keçirilməsi ümumi işimizə böyük fayda verir. Hər görüşdə tərəfinizdən qaldırılan problemlər təhlil edilərək həlli yolları axtaraılır, aradan qaldırılması üçün tədbirlər həyata keçirilir. Elə son illər qəsəbənizdə görülən çoxsaylı abadlıq işləri də görüşlərdə verdiyiniz təkliflər əsasında görülmüşdür. 

Ərçivan bələdiyyəsinin sədri İradə Rzayeva əvvəlki səyyar qəbuldan sonra vətəndaşların müraciətləri əsasında həyata keçirilən tədbirlər barədə ətraflı məlumat vermişdir.

Qəsəbə sakinlərindən Mirzağa Baxşıyev, Xanlar Əliyev, Əlihəsən Baxşıyev, Səadət Məmmədov, Əhməd Həsənov və başqaları çıxış edərək Respublika Prezidentinin son iki ayda əhalinin sosial rifahının yaxşılaşdırılması ilə əlaqədar imzaladığı sərəncamlar, qəbul edilən qərarlardan ürəkdolusu danışaraq bunun ölkə başçısının vətəndaşlarına sonsuz diqqət və qayğının əyani sübutu olduğunu bildirmişlər. Bu qayğı və diqqətə görə möhtərəm Prezidentə minnətdarlıq ifadə edilmişdir.

Çıxış edənlər qəsəbədə görülən işlərlə yanaşı onları narahat edən problemlər - Ərçivan çayının yatağının qazılması və təmizlənməsi, qəsəbədən keçən magistral avtomobil yolunun, qəsəbə həkim məntəqəsinin və 2 saylı məktəbin birinci mərtəbəsinin təmiri, sərnişin dayanacaqlarının quraşdırılması, qəsəbəyə içməli su xəttinin çəkilməsi,         qəsəbənin ayrı-ayrı yerlərində zibil qutularının yerləşdirilməsi, köhnəlmiş telefon rabitə dirəklərinin dəyişdirilməsi və digər məsələlər barədə təkliflər vermişlər.

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev vətəndaşlar tərəfindən verilən təkliflərə münasibət bildirərək, qaldırılan əksər məsələlərin qısa vaxt ərzində həlli ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar vermişdir.

Qeyd etmişdir ki, Astara şəhərinə çəkilən içməli su xəttindən Ərçivan qəsəbəsinə və ətraf yaşayış məntəqələrinə suyun verilməsi nəzərdə tutulmuş, bu iş həllini tapacaqdır.

Qəsəbə mərkəzindən keçən Ərçivan çayının yatağının qazılması və sahillərinin təmizlənməsini 2013-cü ildə aparmışıq, bu yaxınlarada təkrar təmizlənməsinə başlanacaqdır.

Ələt-Astara avtomobil yolu istifadəyə veriləndən sonra qəsəbədən keçən yolun yükü xeyli azalmışdır. Lakin təmirinə ehtiyac var, yəqin yaxın gələcəkdə əsaslı təmir olunacaqdır.

Rayonun bəzi tibb müəssisələri cari təmir olunub. Qəsəbə tibb məntəqəsinin təmiri üçün də müəyyən yollar axtaracağıq.

İcra başçısı ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xətti uğurla davam etdirən ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin məqsədyönlü siyasəti ilə respublikamızın son illərdə qazandığı nailiyyətlərin sevindirici olduğunu, ölkəmizin gündən-günə artan uğurları ilə regionun aparıcı dövlətinə çevrildiyini diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, uğurlu iqtisadi siyasətin nəticəsidir ki, dövlət başçısı son iki ayda təkcə sosial  layihələrin icrası və əhalinin rifahının yaxşılaşdırılması ilə əlaqədar onlarla sərəncam imzalamışdır. Bu sərəncamlarla minimum əmək haqları, bütün növ müavinətlər, tələbə təqaüdləri, müxtəlif peşə sahiblərinin maaşları, pensiyalar, müharibə veteranları, əlillər, şəhid ailələrinə verilən təqaüdlərin miqdarı əhəmiyyətli dərəcədə artırılmış, problemli kreditlərlə bağlı məsələlər əhalinin xeyrinə həllini tapmışdır. Bu yüksək diqqət və qayğıya görə bütün sakinlərimiz adından möhtərəm cənab Prezidentə minnətdarlıq edir, sonsuz hörmət və ehtiramımızı bildiririk.

İcra başçısı Respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da tikinti-quruculuq sahəsində genişmiqyaslı tədbirlərin həyata keçirildiyini diqqətə çatdırmışdır. Qəsəbə sakinlərinin müraciəti əsasında ara yollar asfaltlaşdırılmış, qaz xətləri, elektrik xətt təsərrüfatı yenilənmiş, yeni transformatorlar quraşdırılmış, kanallar təmizlənmiş,  magistral yol boyu küçə işıqları təmir olunmuş,  ərazidəki məktəblərə, mədəniyyət evlərinə və körpələr evi-uşaq bağçasına gedən yollar asfaltlaşdırılmışdır.  

 Qəsəbədə gözəl Boks Mərkəzi inşa edilmişdir. Hazırda həmin mərkəzdə müxtəlif yarışlar keçirilməklə gənclərin asudə vaxtlarının səmərəli təşkili həyata keçirilir. Burada məşğul olan gənclərimizin respublika və beynəlxalq yarışlarda uğurla çıxış etmələri bizi çox sevindirir. Elə bu ay  rayonumuzun bir neçə gənc idmançılarını - boks və güləş üzrə respublika birinciliyinin qaliblərini icra hakimiyyətində qəbul edib təbrik etmişəm. 

Möhtərəm Prezident İlham Əliyevin kənd təsərrüfatının  inkişafı ilə əlaqədar qəbul etdiyi qərarlar rayonumuzda, eyni zamanda Ərçivan qəsəbəsində insanların torpağa qayıdışında hiss olunurr. Son illər əkin sahələrinin xeyli genişləndirilməsi buna sübutdur. Lakin qəsəbə ərazisində torpaqlardan daha səmərəli istifadə edilməsi üçün bütün qüvvələr səfərbərliyə alınmalı, sitrusçuluq və çəltikçiliyin inkişafını artırmaq lazımdır.

Bizim üzərimizə düşən əsas vəzifə isə ölkəmizdə bərqərar olan əmin-anmanlığı, sabitliyi qorumaq, ölkə rəhbəri ətrafında sıx birləşərək bu günkü inkişafa töhfəmizi verməkdən ibarətdir.

Bu işdə hər birinizə uğurlar arzulayıram.    

Keçidlər